Azərbaycanlı ermənilərlə birlikdə cinayətkar dəstə yaradıb

Azərbaycanlı ermənilərlə birlikdə cinayətkar dəstə yaradıb backend

Ukraynanın Xarkov vilayətində yarım il ərzində yerli sakinlərə qarşı cinayətlər törətməkdə şübhəli bilinən dəstəni ifşa edib.

REAL xəbər verir ki, bu barədə məlumatı Ukrayna Milli Polisinin Xarkov vilayəti üzrə Baş İdarəsi yayıb.

Dəstəyə əvvəllər dəfələrlə məhkum edilmiş Azərbaycan vətəndaşı rəhbərlik edib. Dəstə üzvləri arasında Ermənistan vətəndaşları da var.

Dəstə üzvləri öz qurbanlarını imkanlı adamlar arasından seçiblər. Onlar həmin şəxslərin qrafiklərini, hərəkət marşrutlarını diqqətlə öyrənirlərmiş. Daha sonra dəstənin üzvləri seçdikləri şəxsə hücum edib, silah və isti ütü ilə hədələməklə pul və zinət əşyaları tələb ediblər.

Saxlanılan şəxslərə qarşı üç maddə üzrə ittiham irəli sürülüb. Onları əmlakları müsadirə olunmaqla 15 ilədək həbs cəzası gözləyir.