Saakaşvilini həbs edin, çünki... - Burcanadze

Saakaşvilini həbs edin, çünki... - Burcanadze backend

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili 2008-ci ildə Cənubi Osetiyada hərbi əməliyyatlara başladığına görə cəzalandırılmalıdır.

Axar.az xəbər verir ki, bunu “RİA Novosti” agentliyinə açıqlamasında Gürcüstan parlamentinin eks-spikeri Nino Burcanadze deyib. Onun sözlərinə görə, Saakaşvilinin həbsindən sonra abxazlar və osetinlərlə münasibətləri düzəltmək olar:

“Saakaşvilinin axmaq addımları 2008-ci ilin avqustunda bütün xalqların insani faciəsinə səbəb oldu. Əminəm ki, o buna görə cəzalandırılmalıdır. Ona görə də mən hökumətdən Saakaşviliyə qarşı büdcədən mənimsəmələr etməsinə görə yox, Avqust müharibəsinə görə cinayət işinin açılmasını tələb edirdim. Saakaşvilini müharibəyə başlamağa məhz ABŞ məcbur edib. O əmin idi ki, Corc Buş müharibənin başlanmasından sonra təyyarələri havaya qaldırıb, rus ordusunu bombalayacaq”.