“Əgər Ukraynada Amerikanın raketdən müdafiə sistemləri yerləşdirilsə, o zaman Rusiya cavab tədbirləri görmək məcburiyyətində qalacaq”.
Qaziler.az-ın Axar.az-a istinadən xəbərinə görə, bu açıqlama ilə Rusiya Prezidentinin Mətbuat katibi Dmitri Peskov çıxış edib.Onun sözlərinə görə, Ukraynanın öz ərazisində Amerikanın raketdən müdafiə sistemlərini yerləşdirmək istəməsini yalnız neqativ hal kimi dəyərləndirmək olar. Peskov bu sistemlərin Rusiya üçün birbaşa təhdid olduğunu bildirib.