Rusiyanın ABŞ-dakı müvəqqəti işlər üzrə müvəkkili Dmitri Jirnov ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi Uess Mitçell tərəfindən Dövlət Departamentinə çağırılıb.
Axar.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəsmisi Hizer Noyert Tvitter səhifəsində yazıb.“Dövlət katibinin köməkçisi Mitçel Kremlin sosial şəbəkələrdəki hesablardan ABŞ-a qarşı istifadə etmək cəhdlərinə cavab almaq məqsədilə Rusiyanın müvəqqəti işlər vəkili Jirnovu Dövlət Departamentinə dəvət edib. Biz bü cur təcavüzkar müdaxiləyə dözə bilmərik”, - Noyert deyib