ABŞ: “Merkellə birgə Rusiyaya təzyiqi artıracağıq”

ABŞ: “Merkellə birgə Rusiyaya təzyiqi artıracağıq” backend

“Mən ümid edirəm ki, Ukraynanın şərqində vəziyyət gərginləşməyəcək”.

Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə ABŞ Avropadakı Quru Qoşunlarının komandanı general-leytenant Ben Xodjes çıxış edib.

Onun sözlərinə görə, Ukraynanya qarşı aqressiya Krımdan sonra başladı:

“Mənim fikrimcə, NATO və Avropa Birliyi bir yerdə hərəkət etməlidir. Biz xanım Merkelin etdiyi kimi, bu situasiyada təzyiqimizi davam etdirməliyik. Mən yenidən bəyan edirəm ki, Krımın Rusiyanın tabeliyinə keçməsi qanunsuzdur və bu, NATO-nun Avropanın şərqində güclənməsinə əsas səbəbdir”.
Diaspora