Rusiya 22800 layihəsi əsasında hazırlanan çoxfunksiyalı raket artilleriya gəmilərini satışa çıxaracaq.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Baş nazirinin müavini Yuri Borisov deyib. Onun sözlərinə görə, bu gəmilər "Kalibr" raketləri ilə təchiz edilib:“Bu gəmilər kifayət qədər uğurlu alınıb. Onlar ağır tonnajlıdır və yaxşı silahlanıblar. Əsas odur ki, gəmilərdə "Kalibr" raketləri var. Bu gəmilər xüsusilə Çin, Vyetnam, Hindistan kimi ölkələr üçün əhəmiyyət kəsb edir”.