Türkiyədə FETÖ-çüləri daşıyan qayıq batıb

Türkiyədə FETÖ-çüləri daşıyan qayıq batıb backend

Türkiyənin Balıkesir vilayətinin Ayvalık rayonu ərazisindən qaçaq yolla Yunanistanın Midilli adasına doğru hərəkət götürən, içərisində FETÖ terror təşkilatı mənsublarının olduğu ehtimal edilən qayıq batıb.

Qayıqda 3-ü uşaq olmaqla 16 nəfər olub. Ayvalık sahil təhlükəsizlik qüvvələri həyatı təhlükədə olan insanların köməyinə gəlib. Doqquz nəfər xilas edilib. Digər 6 nəfərin cəsədi tapılıb. Bir nəfərin itkin düşdüyü bildirilir.