Türkiyə Qəndildə hərbi baza tikir

Türkiyə Qəndildə hərbi baza tikir backend

Qəndili terrorçulardan təmizləyən Türkiyə Silahlı Qüvvələri daxil olduğu ərazilərdə 15-20 baza yaradıb.

Qurudan və havadan əməliyyatları davam etdirən TSQ ərazidə istehkam quruculuğu fəaliyyətlərini də kəskin şəkildə artırıb.

Axar.az xəbər verir ki, TSQ-nin son dövrlərdə əraziyə texnika ilə birlikdə çoxlu sayda tikinti materialları göndərməsi diqqət çəkib.

Texnika çətin təbii şəraitin olduğu Qəndil bölgəsində gediş-gəlişin daha rahat olması üçün yollar açıb, inşaat materiallarından isə əsgərlərin yaşaması üçün kiçik miqyaslı bazaların yaradılmasında istifadə olunub.