İranla ABŞ arasında diplomatik danışıqlar yolu bağlanıb. Buna görə də rəsmilər bir-birilərinə açıqlamalar vasitəsilə cavab verirlər.
Axar.az xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Həşmətullah Fəlahat Pişə danışıb.“İki ölkə arasında meydana gələ biləcək müharibə bölgəyə və bütün dünyaya yayılacaq, buna görə də Tehranla Vaşinqton arasında müharibə ehtimalı yoxdur. ABŞ nüvə sazişindən təktərəfli imtina edərək beynəlxalq hüququ pozdu. Prezident Ruhaninin açıqlamaları əslində ABŞ-a qarşı bir xəbərdarlıqdır. Onlar da bu xəbərdarlığı düzgün şəkildə qiymətləndirməlidirlər”, - Həşmətullah Fəlahat Pişə deyib.



