Ukraynanın Nazirlər Kabineti bu gün Rusiya ilə hərbi-texniki əməkdaşlığına rəsmən son qoymaqla bağlı qərar qəbul edib.
1993-cü il 26 may tarixdən Rusiya və Ukrayna arasında imzalanan razılaşmaya əsasən hərbi texnika və məhsullar müştərək şəkildə istehsal olunurdu. ATV.az İnterfaks Ukraina-ya istinadən bildirir ki, Ukraynanın Baş naziri Arseniy Yatsenyuk Nazirlər Kabinetinin iclasında Rusiyanın Ukraynaya qarşı işğalçı siyasəti səbəbi ilə bu qərara gəlindiyini bildirib. Qeyd edək ki, Ukrayna MDB məkanında Rusiyadan sonra hərbi məhsullar istehsal edən ikinci ölkədir və artıq gələcəkdə hərbi texnikanı qərb ölkələri ilə birgə istehsalı barədə düşünür.