"Ərdoğanla restorana gedərəm, amma bir şərtlə..."

"Ərdoğanla restorana gedərəm, amma bir şərtlə..." backend

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğana onun restoranda nahar etmək vədini xatırladıb.

Bu barədə Putin BRİKS ölkələrinin zirvə görüşü çərçivəsində Ərdoğanın “digər tərəflərin” Moskva ilə Ankara arasında münasibətləri qısqanması haqqında verdiyi bəyanatdan sonra bildirib.

Virtualaz.org RİA “Novosti”yə istinadən xəbər verir ki, Ərdoğan dəvətini bir daha təsdiq edib, lakin Putin onun qarşısına şərt qoyub. “Biz danışdıq ki, siz Rusiya istehsalı olan ət məhsullarını bazara buraxacaqsınız və o zaman nahar edəcəyik”, - Rusiya prezidenti zarafat edib. Ərdoğan qeyd edib ki, Putini böyük məmnuniyyətlə gözləyəcək.

Rusiya ət məhsullarının Türkiyə bazarına ixracatı 2016-cı ildə qadağan edilib. Bu, Türkiyə tərəfinin Moskvanın Ankaraya qarşı tətbiq etdiyi kənd təsərrüfatı məhsullarının idxalına qadağasından sonra cavab reaksiyası olub.