Yunanıstanın paytaxtı Afina yaxınlığında baş verən və ən azı 80 insanın həyatına son qoyan yanğının səbəbi bəlli olub.
Axar.az xəbər verir ki, bu barədə Pentelis bölgəsinin bələdiyyə sədri Dimitris Stergio danışıb.Bələdiyyə sədrinin sözlərinə görə, dəhşətli yanğının başlamasına köhnəlmiş elektrik naqillərindəki nasazlıq səbəb olub.
Xatırladaq ki, Yunanıstanın Baş naziri Aleksis Çipras yanğının təxribat nəticəsində başlaması ehtimalını istisna etməmişdi.