“Rusiyanın Krımda güclənməsi fonunda Kiyev ABŞ-ın raketdən müdafiə sistemlərini öz ərazisində yerləşdirə bilər”.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Ukraynanın Təhlükəsizlik Şurasının sədri Aleksandr Turçinov çıxış edib.Onun sözlərinə görə, bu raketləri yerləşdirməklə Ukrayna nüvə silahından istifadə riskini azaltmış olacaq:
“Rusiyanın Krımı işğal etməsi Qara dəniz və Aralıq dənizi regionlarındakı güc balansını dəyişdi. Bunu bizim partnyorlarımızın hamısı başa düşür. Hazırda bütün dünyaya təhdid Rusiyadan keçir. Hesab edirəm ki, hazırki sanksiyalara yeniləri əlavə edilməlidir. Bunlar sırasında Bosfor boğazına rus gəmilərinin getməsinə qadağa qoyulması, SWIFT sistemlərinin söndürülməsi məsələsi də daxil edilməlidir”.