İranın nüvə proqramı ilə bağlı növbəti danışıqlar mayın 20-də Vyanada keçiriləcək.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı İranın “Tasnim” agentliyi yayıb.Agentliyin məlumatına görə, müzakirələr Abbas Arakçi və Helqi Şmit arasında baş tutacaq.
Qeyd edək ki, aprel ayındakı danışıqlarda İran və “Altılıq” ölkələri nüvə proqramı ilə bağlı ilkin razılığa gəlməyi bacarmışdılar.