Sergey Lavrov: “Postsovet məkanında inhisar hüququmuz yoxdur”

Sergey Lavrov: “Postsovet məkanında inhisar hüququmuz yoxdur” backend

“Rusiya postsovet məkanında inhisarçılığa iddia etmir və öz qonşularının çoxvektorlu xarici siyasət hüququnu tanıyır.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu bəyanatla Rusiya xarici işlər naziri Sergey Lavrov çıxış edib. “Bizim postsovet məkanında fəaliyyətlə bağlı inhisar hüququmuz yoxdur. Biz qonşularımızın, keçmiş sovet respublikalarının, indiki suveren dövlətlərin çoxvektorlu xarici siyasət hüquqlarını tanıyırıq”, - deyə o, Federasiya Şurasında çıxışında bildirib.

S. Lavrov qeyd edib ki, Rusiya da çoxvektorlu xarici siyasət həyata keçirir: “Ona görə də biz, keçmiş sovet respublikalarının Avropa, Amerika və digər regionlardakı oyunçularla əlaqələrinə anlayışla yanaşırıq. Bircə onda təkid edirik ki, bu proseslər açıq olsun, heç bir gizli niyyətlər olmasın, Rusiya Federasiyasının qanuni milli maraqları nəzərə alınsın. Başqa sözlə, biz bütün bu prosesləri uyğunlaşdırmağa və maraqlar balansını axtarmağa hazırıq”.
Diaspora