Türkiyə hökuməti 2016-cı ilin iyulunda çevriliş cəhdindən sonra tətbiq olunan fövqəladə vəziyyət rejimini ləğv edib.
AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, fövqəladə vəziyyət rejimi bu gün yerli vaxtla 01:00-da qüvvədən düşüb.Qeyd edək ki, fövqəladə vəziyyət rejimi ötən il iyulun 21-də, hərbi çevrilişə cəhddən sonra tətbiq olunub. Parlament fövqəladə vəziyyət rejiminin 3 ay müddətinə uzadılmasına dair ümumilikdə yeddi qərar qəbul edib.



