FETÖ-nün Azərbaycanda kökü kəsilib

FETÖ-nün Azərbaycanda kökü kəsilib backend

“Azərbaycan Fətullah Gülən terror şəbəkəsinə qarşı əvvəldən mübarizə aparır”.

Modern.az saytının məlumatına görə, bunu Türkiyə Mətbuat və İnformasiya Baş İdarəsinin baş direktoru Mehmet Akarca deyib.

O qeyd edib ki, Azərbaycan hökumətinin FETÖ-yə qarşı apardığı mübarizədə təəccüblü bir şey yoxdur.

“Azərbaycanda FETÖ-yə qarşı mübarizə bu təşkilatlanmanın ölkədə kökünün qazılmasına gətirib çıxarıb”-deyə o bildirib.

Qeyd edək ki, İstanbulda 15 iyul dövlət çevrilişinə cəhdin 2-ci ildönümünə həsr olunan beynəlxalq konfrans keçirilir.