Putinin azərbaycanlı müşaviri öldü

Putinin azərbaycanlı müşaviri öldü backend

Rusiya prezidentinin mədəniyyət üzrə azərbaycanlı müşaviri dünyasını dəyişib. QAZİLER.AZ-ın "Vesti.az"a istinadən xəbərinə görə, 75 yaşlı Sadıq İman oğlu Bağırov yaşadığı Kaluqa şəhərində vəfat edib.

İxtisasca rəssam olan Sadıq Bağırov bu yaxınlarda Kaluqada özünün yubiley sərgisini keçirmək niyyətində olub. Onunla vida mərasimində Azərbaycan, Tatarıstan və Dağıstan diasporlarının nümayəndələri iştirak ediblər. Tanınmış ictimai xadim Kaluqanın Litvinski məzarlığında torpağa tapşırılıb.

Xatırladaq ki, Sadıq Bağırov Rusiya prezidenti Vladimir Putinin Kaluqa vilayəti üzrə müşaviri vəzifəsində çalışıb.
Diaspora