Yaponiya hökumətinin qəbul etdiyi qanuna əsasən, işçilər məcburi şəkildə tətilə çıxmalı olacaqlar. "Milliyyət" qəzetinin verdiyi məlumata əsasən, tətil hüququndan istifadə etməyənlər barədə qanun çərçivəsində tədbirlər görüləcək.
Qanun Yaponiya xalqında mütəmadi işlədikdən sonra yaranan ruhi xəstəliklərin qarşısını almaq üçün qəbul edilib.Ölkədə çalışanların yarısından çoxu ildə 18,5 gün olan ödənişli icazə hüququndan istifadə etmir. Araşdırmaya görə, yaponlar tətilə çıxarkən boş qalan iş yerlərinin həmkarlarına veriləcəyindən qorxurlar.
Yaponiya əmək qanununa əsasən, bir iş yerində ən az altı ay çalışan işçinin ildə 10 gün ödənişli icazə hüququ var. Əgər işçi bir iş yerində fasiləsiz 6,5 il çalışarsa, bu hüquq 20 günə çatır. Əmək Nazirliyi ildə ən azı 5 gün tətilə çıxmayanlara cəza tətbiq etməyi planlaşdırır.