İŞİD-dən kürdlərə hücum: 18 ölü

İŞİD-dən kürdlərə hücum: 18 ölü backend

İŞİD terrorçuları tərəfindən bomba yüklənmiş avtomobilin Suriya Demokratik Qüvvələrinin (SDQ) Deyr əz-Zordakı düşərgəsində partladılması nəticəsində 18 nəfər həlak olub.

Axar.az xəbər verir ki, bu barədə “Əl-Naşra” agentliyi məlumat yayıb.

Ölənlərdən 10-nun kürd döyüşçü olduğu bildirilib.