Noyabr ayında neft alışının dayandırılacağı təqdirdə, bölgədəki digər dövlətlərin də neft satmasına mane olacağıq.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu İranın İnqilab Keşikçiləri Korpusunun komandanı, general Qasım Süleymani deyib.İranın OPEC-dəki nümayəndə heyətinin rəhbəri Hüseyn Qazempur Ərdəbili isə deyib ki, İrana qarşı sanksiyalar bazardakı neft təklifini azaldacaq. Nəticədə “qara qızıl”ın dəyərinin 100 dollara yüksəlməsi istisna deyil.
O, ABŞ prezidentinin neftin aşağı qiymətə satılmasına maraq göstərməyən Rusiya və Səudiyyə Ərəbistanının girovuna çevriləcəyini söyləyib.