92 yaşlı təqaüdçünün itirdiyi 34 000 avro ad günündə tapıldı

92 yaşlı təqaüdçünün itirdiyi 34 000 avro ad günündə tapıldı backend

Almaniyanın Hamburq şəhərində polis 92 yaşlı təqaüdçüyə itirdiyi 34 min avronu və hesabında 10 min avro olduğu əmanət kitabçasını qaytardı. QAZİLER.AZ “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, təqaüdçü Hamburq mərkəzi dəmiryolu vağzalında əyləşdiyi skamyadan durarkən pul ilə dolu çantasını götürməyi unudub.

Məlumata görə, çantanı tapmış vağzal işçisi onu tapılan əşyalar bürosuna təhvil verib. Çantada böyük məbləğdə pul aşkarlayan büro əməkdaşı polisə məlumat verib.

Qeyd edək ki, itirilən çanta təqaüdçüyə anadan olduğu gün tapılaraq qaytarılıb.
Diaspora