Süleymani hədələdi: Neft hasilatı azalarsa... - Ruhaniyə məktub

Süleymani hədələdi: Neft hasilatı azalarsa... - Ruhaniyə məktub backend

ABŞ İranın neft hasilatının qarşısını alarsa, regionun digər ölkələrinin də neft hasilatı mümkün olmayacaq.

Axar.az xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələri komandanı, general Qasım Süleymani Prezident Həsən Ruhaniyə məktubunda yazıb.

Ruhaniyə xitabən “Böyük qardaşım” müraciəti ilə başlayan məktubda Süleymani prezidenti tərifləyib, onun İsveçrə səfərindən qürurla bəhs edib:

“Tanıdığımız Ruhaniyə yaraşan açıqlama idi. Bu bəyanatdan dolayı əlinizdən öpürəm. İranın milli mənafeyi üçün hər zaman əmrinizdəyəm”.

Qeyd edək ki, H.Ruhani İsveçrədə səfərdə olan zaman ABŞ-ın İranın neft hasilatını tamamilə dayandırmaq istədiyini bildirmiş və bunun mümkün olmayacağını vurğulamışdı.