Almanlar qatar üzünə həsrət qalacaq

Almanlar qatar üzünə həsrət qalacaq backend

Almaniyada “Deutsche Bahn” dəmiryolu konserninin maşinistlərinin tətil elan etməsi ölkənin nəqliyyat sistemində ciddi problemlər yarada bilər. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə konsernin saytında dərc edilmiş məlumatda bildirilir.

Qeyd edək ki, Almaniyada maşinistlərin irimiqyaslı tətili bu gün səhər saatlarından start götürür. Tətil “GDL” həmkarlar ittifaqı tərəfindən təşkil olunub.

Aksiyanın yekun tarixi həmkarlar ittifaqı tərəfindən tətilin başa çatmasına 48 saat qalmış elan ediləcək.

Qeyd edək ki, maşinistlər 5 faiz artırılmasını və iş həftəsinin bir saat azaldılmasını tələb edirlər.
Diaspora