Ronaldo, Messi getdi, Kılıçdaroğlu getmir - Bozdağ

Ronaldo, Messi getdi, Kılıçdaroğlu getmir - Bozdağ backend

İndi Ronaldo uduzdu, getdi. Komandası mübarizəni dayandırdı.

Messi uduzdu, Argentina da mübarizəni dayandırdı. Dünya kuboku ilə sağollaşdılar, ancaq Kılıçdaroğlu 9 dəfə oyunda məğlub olub, nə komandanı, nə də yarışı tərk edir.

Axar.az xəbər verir ki, bu sözləri seçki nəticələri barədə danışan Türkiyənin Baş nazir müavini Bəkir Bozdağ deyib.

“AKP-nin, “Cümhur İttifaqı”nın namizədi təxminən 53 faiz səslə ilk turda prezident seçilir. CHP-nin namizədi isə 30.6 faiz səs toplayır. CHP sədri isə çıxıb “Bu seçkidə məğlub olan AKP-dir” deyir”, - Bozdağ bildirib.