Braziliya Çinlə 53 mlrd dollarlıq saziş imzaladı

Braziliya Çinlə 53 mlrd dollarlıq saziş imzaladı backend

Braziliya və Çin arasında 2021-ci ilədək Braziliya sənayesinin müxtəlif sahələrinə 53 mlrd dollar həcmində investisiyaların qoyuluşuna dair saziş imzalanıb.

Razılaşma Çin Dövlət Şurasının baş naziri Li Ketsyanın Braziliyaya səfəri və bu ölkənin prezidenti Dilma Russef ilə görüşü zamanı əldə olunub.

“Braziliya elektroenergetika, dağ-mədən sənayesi, infrastruktur və istehsalat sahələrinə sərmayələrin qoyuluşu haqqında müqavilənin imzalanmasına böyük əhəmiyyət verir”, deyə Russef görüşün yekunlarına dair açıqlamasında bildirib.

Braziliya prezidenti 50 mlrd dollar məbləğində xüsusi fondun yaradılacağını bildirib. Fondun ehtiyatları Braziliyanın Caixa Economica Federal dövlət maliyyə qurumunun və Çinin “ICBC” dövlət bankının vəsaitləri hesabına formalaşdırılacaq.

Həmçinin Atlantik okean sahilində yerləşən Braziliyanı Sakit okeanla birləşdirəcək (Peruyadək) dəmir yolunun tikintisində dair saziş imzalanıb. Bu layihənin gercəkləşdirilməsi Braziliya-Çin arasında ixrac xərclərinin azaldılmasına imkan yaradacaq.

Diaspora