TSQ BƏYAN ETDİ: "SON BİR HƏFTƏ ƏRZİNDƏ...”

TSQ BƏYAN ETDİ: "SON BİR HƏFTƏ ƏRZİNDƏ...” backend

Türkiyə Silahlı Qüvvələri son həftə ərzində bir nəfəri lider olmaqla, 56 terrorçunu zərərsizləşdirib.

Hurriyyet.org-a istinadən xəbər verilir ki, Baş Qərargahın rəsmi “Tvitter” hesabından verilən açıqlamada, İraqın şimalındakı Hakurk, Kani, Raş və Hakkari sərhəd bölgəsində dünən keçirilən hava əməliyyatları zamanı 10 nəfər terrorçunun zərərsizləşdirildiyi bildirilib.

Bu hava əməliyyatları zamanı, terrorçuların kod ləqəbi “Həmzə” olan Əhməd Taşçı adlı liderlərinin öldürüldüyü açıqlanıb.

Məlumata görə, həftə ərzində təhlükəsizlik orqanlarının keçirdiyi uğurlu əməliyyatlar zamanı aralarında PKK liderlərinin də olduğu 56 terrorçu öldürülüb.