Rusiya yenə İŞİD-lə bir tərəzidə

Rusiya yenə İŞİD-lə bir tərəzidə backend

“Rusiya və İŞİD dünya üçün böyük təhlükədir”.

Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə naziri Maykl Fellon açıqlama verib. O, Rusiyanı növbəti dəfə nasist Almaniyası ilə müqayisə edib:

“Dünya bu gün II Dünya Müharibəsi illərində olduğu kimi təhlükə qarşısındadır. İŞİD terror təşkilatı və Rusiyaya görə dünya təhlükəli vəziyyətə gəlib”.

Xatırladaq ki, Fellon bu ilin fevralında Rusiya Prezidenti Vladimir Putinin İŞİD qədər böyük təhlükə olduğunu demişdi. Rusiya tərəfi isə onun bu sözlərinə sərt reaksiya vermişdi.
Diaspora