Rusiya Xarici İşlər Naziri Sergey Lavrov ilə NATO Baş katibi Yens Stoltenberq arasında bu gün Brüsseldə görüş keçiriləcək.
Axar.az xəbər verir ki, görüş Avropa Şurası Nazirlər Komitəsinin toplantısı çərçivəsində baş tutacaq.Qeyd edək ki, bir müddət öncə də Rusiya ilə NATO fövqəladə vəziyyət zamanı birbaşa ünsiyyət qura bilmək üçün “Soyuq müharibə”nin bitməsindən sonra ilk dəfə “Qaynar xətt” əlaqəsini bərpa etmişdilər.