Türkiyəyə sanksiya tətbiq ediləcəkmi? - S-400 hekayəsi...

Türkiyəyə sanksiya tətbiq ediləcəkmi? - S-400 hekayəsi... backend

Hesab edirəm ki, S-400-lərin hekayəsi bitib, bu məsələ bağlanıbdır.

Türkiyə S-400 alacaq. Geri addım atmaq yoxdur. Buna NATO-dakı müttəfiqlərimiz öyrəşməlidir.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin ABŞ-dakı keçmiş səfiri Faruk Loğoğlu deyib. O, bu məsələdə ABŞ-ın Türkiyəyə sanksiya tətbiq edəcəyini düşünmədiyini bildirib:

"Mətbuatda Trampın telefonla Ərdoğanı təbrik etməsi yazılıb. Türkiyə yeni prezident seçkisi keçirdi, ölkədə yeni mühit var. Ümid edirəm ki, Ankara həm Avropa Birliyi, həm də ABŞ-la münasibətləri yaxşılaşdırmaq istiqamətində yeni addımlar atacaq. Bu, Türkiyə və Rusiya arasında olan münasibətlərin dəyişməsi və ya xələl yetirilməsi anlamına gəlmir”.

Qeyd edək ki, bu gün ABŞ Dövlət Departamenti Ankaranın Rusiyadan S-400 raket sistemləri ilə bağlı anlaşmanı həyata keçirəcəyi təqdirdə, Vaşinqtonun sanksiyaları ilə qarşılaşacağını bildirib.