Makedoniya Prezidenti Georgi İvanov Yunanıstanla Makedoniya arasında ölkənin yeni adıyla bağlı imzalanan razılaşmanı bir daha təsdiqləməkdən imtina edib.
Axar.az xəbər verir ki, İvanov Afinayla imzalanan razılaşmanın konstitusion əsasının olmadığını bildirib. O, həmçinin, bu razılaşmanın BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olmadığını deyib.Qeyd edək ki, bundan öncə Makedoniya parlamenti ölkənin adının dəyişdirilərək Şimali Makedoniya adlandırılmasıyla bağlı qərar qəbul edib. Bu qərardan sonra rəsmi Skopye ölkənin adıyla bağlı uzun illərdir Yunanıstanla yaşanan böhrana son qoyulması üçün Afina ilə müqavilə imzalayıb. İvanov hökumətin təklif etdiyi bu qərara rəsmən qarşı çıxıb. Prezident iyunun 13-də də bu razılaşmanı təsdiq etməmişdi.
Makedoniya hökumətinin atdığı addımı Rusiya da qınayıb. Moskva bunu NATO-nun şərqə irəliəməsinə cəhd kimi dəyərləndirib. Çünki ad Makedoniyanın NATO-ya qəbuluna maneə sayılır.