Türkiyənin paytaxtı Ankarada iyunun 24-də keçiriləcək seçkilədrdə təxribatlar törətməyi planlaşdıran 11 PKK üzvü saxlanılıb.
APA-nın “Anadolu”-ya istinadən verdiyi xəbərə görə, iyunun 23-də Ankarada keçirilmiş əməliyyat zamanı saxlanılanlar qrup şəklində müxtəlif təxribatların hazırlanmasını müzakirə ediblər. Planlaşdırılan terror aktları ilə əlaqədar detallar açıqlanmır.Saxlanılanlar barəsində hələ ki heç bir qərar verilməyib.