Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarına sərt cavab verib.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bir neçə gün öncə baş tutan telefon danışığının təfərrüatı məlum olub.Makron Ərdoğana "Suriyadan nə vaxt çıxacaqsınız?" sualını ünvanlayıb. Ərdoğan isə öz növbəsində Makrona kəskin cavab verib: "Siz Ruanda və Əlcəzairdə nə qədər qaldınız? Biz sizin kimi orada qətl törətməyə getmirik. Terror təşkilatları ilə məşğul oluruq".