Suriya ordusu Azad Suriya Ordusu ilə birgə Əl Nüsrənin hücumunun qarşısını alıb.
Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Suriyada Atəşkəsə Nəzarət qurumu məlumat yayıb.Məlumatda ötən gecə Əl Nüsrə döyüşçülərinin 9-cu tank diviziyasının Dama və Deyr Dama yaşayış məntəqəsi yaxınlığındakı mövqelərinə hücum etdiyi bildirilib. Qarşıdurma zamanı 5 suriyalı əsgər öldürülüb, 19-u yaralanıb.
Əl Nüsrə öncə ASO-ya hücum edib. ASO isə hücum başlayanda Suriya ordusundan yardım istəyib.