2004-cü ildə İsrailə böyük pullar ödəyərək 10 ədəd “Heron” pilotsuz uçuş aparatı aldıq, ancaq heç bir zaman effektli şəkildə istifadə edə bilmədik.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Müdafiə naziri Nurəddin Canikli deyib.“İstifadə etməyə imkan vermədilər. İstifadəsini İsraildən gələn mühəndislər etdilər. Kəşfiyyat məlumatını onlar istehsal etdi. Bu kəşfiyyat məlumatları əsasında F-16-larımız əraziləri bombaladı. Sonradan çoxunun yanlış olduğunu, dağı-daşı bombaladığımızı anladıq”, - nazir bildirib.
Xatırladaq ki, “Heron” pilotsuz uçuş aparatı 2003-cü ildən İsrailin İAİ şirkəti tərəfindən istehsal olunur. Bu PUA dünyada ən müasir pilotsuz uçuş sistemlərindən sayılır.