Paşinyan Sərkisyanın son dayağını yox edir - Cinayət işi

Paşinyan Sərkisyanın son dayağını yox edir - Cinayət işi backend

Ermənistan Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin Korrupsiya və İqtisadi Cinayətkarlıqla Mübarizə İdarəsi İrəvan meri Taron Markaryana qarşı cinayət işinin başladılması üçün ölkənin Baş Prokurorluğuna müraciət edib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Ermənistan mətbuatı yayıb.

Mətbuat Baş Prokurorluğun artıq Markaryana qarşı cinayət işi başlatdığını bildirib. Onun böyük məbləğdə pul vəsaitlərinin mənimsənilməsində, böyük həcmdə vergidən yayınmaqda, dövlət sənədlərinin saxtalaşdırılmasında ittiham olunduğu vurğulanıb.