Vilayətin inzibati mərkəzi Türküstan şəhəri olacaq
Cənubi Qazaxıstan vilayətinin adı dəyişdirilib. Qazaxıstan prezidenti Nursultan Nazarbayevin fərmanı ilə vilayət Türküstan adlandırılıb.REAL-ın məlumatına görə, Türküstan vilayətinin inzibati mərkəzi Türküstan olub. Vilayətin əvvəlki inzibati mərkəzi Şımkənd isə respublika əhəmiyyətli şəhərə çevrilib.
“Əsrlər boyu Qazax xanlığı və bütün türk dünyasının siyasi və mənəvi həyatının qəlbi olan Türküstan şəhəri vilayət mərkəzinə çevrilir”, - Qazaxıstan prezidenti deyib.
Türküstan Qazaxıstanın ən qədim şəhərlərindən biridir. Şəhər XV-XIX əsrlərdə Qazax xanlığının paytaxtı olub.