QAZİLER.AZ saytı Ria Novostiyə istinadla xəbər verir ki, Simferepolda və Kiyevdə Krım tatarlarının deportasiyasına dair aksiya keçiriblər. Simferepolda və Krımın digər şəhərlərində Krım tatarlarının deportasiyasıyla bağlı 71-ci ildönümündə kecirilmiş aksiya bazar ertəsi baş tutub. Yüzlərlə insan abidəyə gül qoyub. 1944- cü ildə Stalinin əmriylə elə həmin yerdə insanları maşınlarla Orta Asiyaya göndərirdilər.
Mərasimdə Krım rəsmiləri işrirak ediblər. Kiyevdə xatirə mərasiminə yarımadanı tərk edən Krım tatarları, Ukraynanın prezidenti Porosenko və baş nazir Yacenuk Krımın Ukraynaya qayıdacağına dair söz verib.Sürgündə Krım tatarlarının liderləri Rusiyanın hakimiyyəti altında əzilən xalqların vəziyyətindən danışıb.
Krım tatarları hal-hazırda Krım əhalisinin 12 faizini təşkil edir.
Mərkəzi Asiyaya deportasiya qurbanları bu millətin təxminən 200 min nəfər nümayəndəsi idi. Yenidənqurma illərində nəslin nümayəndələri öz tarixi bölgələrinə qayıtmaq üçün deportasiya olunub.
Aydan Əlizamanlı