Türk ƏSGƏRİ MÜNBİÇƏ GİRDİ

Türk ƏSGƏRİ MÜNBİÇƏ GİRDİ backend

Türk əsgərləri Münbiçin şimalında patrul gəzməyə başlayıb.

Sərhədlərin terrordan təmizlənməsi məsələsində ən önəmli addım kimi görülən və terrorun qalası sayılan Münbiçə Türk əsgəri ilk dəfə daxil oldu.. ABŞ ilə aparılan danışıqlar nəticəsində PKK-nın çəkilməsi məsələsində varılan razılıqdan sonra Türk əsgəri Münbiçə Şimal və Qərb istiqamətdən girərək patrul gəzməyə başlayıb.


TƏHLÜKƏSİZLİK TÜRKİYƏYƏ ƏMANƏT

Ankara ilə Vaşinqton arasında aparılan ikitərəfli anlaşma nəticəsində PKK-nın Münbiçdən çəkilməsi mövzusunda fikir birliyinə vararkən, bölgədə terrorçuların çəkilişindən dərhal sonra Türk hərbçiləri bölgə təhlükəsizliyini təmin etmək üçün Münbiçə daxil olub. Münbiçə konvoylar ilə daxil olan Türk bayraqlı zirehli vasitələr ilə əsgərlər diqqət çəkib.
Münbiçin şimalında yerləşən Dadat mövqeyində ortaq patrul mühafizəsinə başlayan Türkiyənin bölgədə asayişi təmin etmək üçün kəşf və yerləşmə fəaliyyətlərinə başlayıb.

ABŞ İLƏ BİRGƏ FƏALİYYƏT

ABŞ ilə Türkiyə arasında varılan Münbiç anlaşması əsasında regiondan çəkilən PKK-nın yerini Türk əsgərləri alarkən, Türk əsgərinin bölgədə başlatdığı patrul fəaliyyətlərini ABŞ-ın Skorsy tipli helikopterləri də müşayiət edib.

Müxalifət.az