Puşkov: Merkel üçün bu dəfə daha çətin olacaq

Puşkov: Merkel üçün bu dəfə daha çətin olacaq backend

Almaniya kansleri Angela Merkelin növbəti hakimiyyət müddəti yığılıb qalan problemlər, o cümlədən G7 anlaşmazlıqları və miqrasiya məsələlərinə görə əvvəlkindən çətin olacaq.

Qaziler.az Axar.az-a xəbər verir ki, bu sözləri rusiyalı senator Aleksey Puşkov deyib.

“Merkelin problemləri toplanıb qalıb: Avropa İttifaqında liderlik uğrunda böhran, ABŞ-la tariflər müharibəsi, G7-də fikir ayrılıqları, Rusiya ətrafında mübahisələr, miqrantlar və s. Əvvəlki dövr onun üçün çətin başa çatdı. Bu dövr isə daha çətin ola bilər”, - Puşkov bildirib.