Qarabağ separatçılarının liderlərindən biri İqor Muradyan ölüb.
Qaziler.az Qaynarinfo-ya istinadən xəbər verir ki, "Qarabağ Komitəsi"nin ilk rəhbəri İrəvanda dünyasını dəyişib.O, uzun müddət ağır xəstəlikdən əziyyət çəkirdi.
Qeyd edək ki, Muradyan "Qarabağ Komitəsi"nin yaradılmasının təşəbbüskarı olub və 1988-ci ilədək komitəyə rəhbərlik edib.