Fransada illərlə bir ailənin evinin damında saxlanılan və üzərində Çin imperatorunun möhürü olan antik vaza tapılıb.
Ayaqqabı qutusunda saxlanılan və 18-ci əsrə aid olan vaza 16 milyon 200 min avroya satılıb.Moderator.az xəbər verir ki, Parisdə keçirilən hərracda vazanın 500 min ilə 700 min avro arasında bir qiymətə alıcı tapması gözlənilirdi. Vazanı satın alan Asiya mənşəli şəxs vazanı ilk görəndə çox təsirləndiyini və onun gerçək bir sənət əsəri olduğunu deyib.

Ailəsindən yadigar qalan vazanı evinin damından tapan adam vazanı ilk gördüyündə onu heç sevmədiyini bildirib.