Məhbuslar dünya çempionatına baxmaq üçün aclıq elan etdilər

Məhbuslar dünya çempionatına baxmaq üçün aclıq elan etdilər backend

Moderator.az “Zvezda”telekanalına istinadən xəbər verir ki, Argentinanın Puerto-Madrin şəhərinin həbsxanalarının birində məhbuslar futbol üzrə dünya çempionatına baxmaqdan ötrü radikal addımlar ataraq aclıq elan ediblər.

İş ondadır ki, həbsxanada televiziya kabeli sıradan çıxıb və üç gündür ki, onu təmir edə bilmirlər.
Nəticədə məhbuslar problem həll edilənədək günorta və axşam yeməyindın imtina ediblər.

Bununla hakim şikayətə baxıb və onun təmin edilməsi üçün əsas görməyib. İnsident böyük ictimai rezonans doğurub və problemin həllinə vəkillər və hüquq müdafiəçiləri qoşulub. Onlar, xüsusilə ölkə Konstitusiyasındakı qanunvericiliyə əsaslanıb bildirirlər ki, məhbuslar azadlıqdan məhrum olsalar da, başqa hüquqlara, o cümlədən radioya qulaq asmaq, televiziyaya baxmaq, hətta interneti olmaq hüquqlarına malikdirlər.