İndoneziyanın Pakistandakı səfiri bu ölkənin şimalında baş verən helikopter qəzasından 11 gün sonra həyatını itirib.
AZƏRTAC BBC telekanalına istinadla xəbər verir ki, Burhan Məhəmməd qəza zamanı xarici diplomatlarla birgə helikopterdə olub. Ciddi yanıq xəsarətləri alan səfir müalicə olunduğu Sinqapur xəstəxanasında dünyasını dəyişib.Xatırladaq ki, mayın 8-də Pakistanda baş vermiş helikopter qəzası nəticəsində Burhan Məhəmmədin həyat yoldaşı, Norveç və Filippinin səfirləri, eləcə də üç pakistanlı ekipaj üzvü hadisə yerində həlak olmuşdular.
Hökumət rəsmilərinin məlumatına görə, qəza mühərrikdə yaranan texniki nasazlıq səbəbindən baş verib.