Londonda sürücülər tətil edir

Londonda sürücülər tətil edir backend

Böyük Britaniya paytaxtında bu gün avtobus sürücülərinin tətili başlayıb. Gün ərzində davam edəcək aksiya şəhərin nəqliyyat şəbəkəsinə əhəmiyyətli dərəcədə iflic edəcək. Bu tətildən təqribən 6,5 milyon London sakini əziyyət çəkəcək.

QAZİLƏR saytı "Qazeta.Ru"ya istinadla xəbər verir ki, tətilçilərin əsas tələbi əmək haqqının vahid payının tətbiq olunmasıdır.

"Transport for London (TfL)" müəssisəsinin rəhbəri Leon Deniels bildirib ki, bu cür islahatların reallaşmasının heç bir mənası yoxdur, çünki sürücülər bacarıq və təcrübənin müxtəlif səviyyəsinə malikdirlər. Bundan başqa, bu, gediş haqqının qalxmasına və iş yerlərinin ixtisarına gətirib çıxaracaq.

Sürücülərin Həmkarlar İttifaqı bugünkü tətildən başqa, etiraz aksiyalarının fevralın 13-də və 16-da təşkil olunacağını planlaşdırıb.
Diaspora