ABŞ-ın Atlanta şəhərində əməliyyat zamanı mahnı oxuyaraq rəqs edən plastik cərrahın çəkilən videoları böyük reaksiyaya səbəb olub.
Moderator.az xəbər verir ki, sosial mediada yayılan, ancaq daha sonra silinən videoda həkimin əməliyyat zamanı huşsuz xəstənin yanında mahnı oxuyaraq rəqs etdiyi görünür.Plastik cərrah verdiyi müsahibədə videonun xəstənin istəyi ilə çəkildiyini bildirib. Müsahibədən sonra səhiyyə nazirliyi vəzifəsindən sui-istifadə etdiyi iddialarını əsas göstərərək həkimin tibbi lisenziyasının ləğv olunmasına qərar verib.
">