Terror təşkilatı PKK-ya qarşı aparılan əməliyyatlar komandirlər tərəfindən əməliyyat mərkəzindən canlı olaraq təqib edilib.
Türkiyə Silahlı Qüvvələri ötən gecə Qəndil və Sincar istiqamətində təşkil olunan hava əməliyyatında 12 hədəfi yerlə bir edib.Qaziler.az xəbər verir, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar, Quru Qoşunlar Komandanı ordu generalı Yaşar Güler, Hava Qüvvələri komandanı Hasan Küçükakyüz, Dəniz Qüvvələri komandanı, admiral Adnan Özbal Qəndil, Sincar, Hakurk və Avaşin-Basyan istiqamətində təşkil olunan hava əməliyyatlarının gedişini əməliyyat mərkəzindən izləyiblər.
“Ölkəmizə qarşı istənilən təhdid və təhlükəyə qarşı fəaliyyətlərimizi davam etdirəcəyik. Bundan dönüş yoxdur”, - Akar keçirdiyi brifinqdə bildirib.



