Qəzza sərhədində cümə günü keçirilən “Milyonluq Qüds” aksiyasına qatıldığı zaman İsrail əsgərləri tərəfindən şəhid edilən 15 yaşlı Heysem İmad əl-Cemel, anasının bayram hədiyyəsi kimi aldığı yeni ayaqqabıları geyə bilmədi və şəhid oldu.
Anası şəhid olan uşağının ayaqqabılarını dostuna verilməsi vəsiyyətini etdiyini deyib.İsrailin 1967-ci ildə Qərbi Şeria, Şərqi Qüds, Qəzza Zolağı, Sina Yarımadası və Holan Təpələrini işğal etməsilə nəticələnən 6 günlük müharibənin başladığı "Nekseyi" anmaq üçün Qəzza sərhədinə gedən 15 yaşlı Heysem, İsrail əsgərlərinin gülləsinə tuş gəldi və sağ çıxdığı evinə şəhid olaraq geri qayıtdı.
Oğlunun hələ geyinə bilmədiyi bayramlıq ayaqqabılarına və geridə qoyduğu əşyalarına baxaraq ağlayan ana Vurud əl-Cemel (35), Heysem istəməməsinə baxmayaraq, bu bayramda geyinmələri üçün 3 oğluna ayaqqabı aldığını söyləyib.
YENİ AYAQQABILARININ DOSTUNA VERİLMƏSİNİ VƏSİYYƏT EDİB
Ana, daha sonra aksiyalara qoşulmaq məsələsində israr edən oğlu Heysemin srağagünkü aksiyalarda şəhid edildiyi təqdirdə ayaqqabılarının dostuna verilməsi vəsiyyətini etdiyini bildirib.
Heysemin futbolu çox sevdiyini, evlərinin önündəki ara küçədə yoldaşları ilə oynadığını deyən ağrılı ana, ondan geriyə qalan topu görüncə, göz yaşlarına hakim olmadığını bildirib.
Müxalifət.az