QAZİLER.AZ RiaNovostiyə istinadla bildirir ki, ehtimal olunur ki, itkin düşənlər özünü müdafiə qüvvələri polis adlandırmış yerli banda dəstələri tərəfindən oğurlanıb. 9 maydan sonra Meksika ştatı Qerreroda Çilapa şəhərində bir neçə gün ərzində 30 nəfərə yaxın insan itkin düşüb. Bazar ertəsi günü itkin düşmüş insanların qohumları İnsan hüquqları üzrə Dövlət komissiyasının nümayəndələrinə bildiriblər.
300 -ə yaxın silahlanmış insan gənc insanları saxlayaraq şəhərə daxil olub və blokada yaradıblar. Onlar işi elə qurublar ki, guya bu proses Çilapa polisinin, silahlı və federal qüvvələrinin gözü qarşısında baş verib.Agentlik xəbər verir ki, 2014-cü ilin iyul ayından Çilapada 200 nəfər insan itkin düşüb. Bu bölgə əsasən narkotranzit bölgə kimi tanınınr. Şəhərin meri Fransisko Qarsia məsələ ilə bağlı artıq federal mərkəzə müraciət edib.
Aydan Əlizamanlı