ŞƏT G7-dən güclüdür
Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampın Rusiyanın G8 zirvəsinə qaytarılması barədə fikirlərinə reaksiya verib.Putin ölkəsinin G8-dən çıxmadığını qeyd edib.
“Məlum səbəblərə görə, həmkarlarımız Rusiyaya gəlməkdən imtina ediblər. Buyursunlar, biz onların hər birini, bizim Moskvada görməyə şad olarıq”, - Putin bildirib.
Putin həmçinin BVF-nin göstəricilərinə əsasən artıq Şanxay Əməkdaşlıq Təşkiları ölkələrinin alıcılıq gücü paritetinə görə G7-dən üstün olduğunu açıqlayıb .
Qeyd edək ki, Donald Tramp açıqlamasında Rusiyanın G8-ə qayıtmasının vacib olduğunu söyləyib (Real.TV)